"Tottenhem" qış transfer pəncərəsi üçün axtarışlara başlayıb.
Sportliqa.az xəbər verir ki, London təmsilçisi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubundan Jotanı hədəfə alıb. Əcnəbi limitinə görə çempionat matçları üçün sifariş verilməyən 24 yaşlı vinger qışda ayrılığa müsbət baxır. Onun "Tottenhem"in təklifinə müsbət yanaşdığı bildirilir.
Portuqaliyalı futbolçu yayda "Seltik"dən "Əl İttihad"a 29,1 milyon avro qarşılığında transfer olub.