Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.
Sportliqa.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib.
Doğma meydanda “Murov Az Terminal”ı qəbul edən “Turan” Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.
Eyni hesab “DH Volley” – “Azərreyl” matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.
“Turan” və “DH Volley” ilk matçlarda da inamlı qələbə qazanmışdılar – 3:0.
1/4 finalın digər oyunları aprelin 3-də baş tutacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az