Millimiz Xorvatiya yığmasına məğlub oldu
11 Aprel 2026 16:40
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportliqa.az xəbər verir ki, 6-cı qrupda yer alan komandamız ilk turda Xorvatiya yığması ilə qarşılaşıb.
Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Millimizin qrupda növbəti matçı aprelin 14-də Çexiya futbolçularına qarşı olacaq.
U-19 aprelin 17-də isə Gürcüstan seçməsi ilə üz-üzə gələcək.