Qara Qarayevdən məşqçilik yolunda daha bir addım
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun III mərhələsinə start verilib.
Sportliqa.az xəbər verir ki, aprelin 16-dək davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kurslarda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Qara Qarayev də iştirak edir.
Qeyd edək ki, futbolçu karyerasını başa vurduqdan sonra Q.Qarauev U-21 yığmamızda məşqçi kimi fəaliyyət göstərir.