Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva azarkeşlərlə görüşəcək.
Sportliqa.az xəbər verir ki, aprelin 16-da saat 11:30-da Azərbaycan İdman Akademiyasında keçiriləcək imza günü çərçivəsində futbolçular azarkeşlərlə bir araya gələcək, xatirə şəkilləri çəkdirəcək və imzalar paylayacaqlar.
Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az