"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.
Sportliqa.az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az