Bu gün “Şəmkir” Futbol Klubunun rəhbəri Adil Əliyev ilə Futbolun İnkişaf Fondunun kollektivi arasında görüş baş tutub.
Sportliqa.az xəbər verir ki, görüş zamanı Fondun bu günədək “Şəmkir” FK ilə bağlı gördüyü işlər barədə məlumat verilib, klubun növbəti ev oyununun birgə təşkili ilə bağlı planlar müzakirə olunub.
Eyni zamanda, oyunların təşkili istiqamətində dəstək mexanizmləri, dayanıqlı maliyyə kanallarının formalaşdırılması və klubun inkişafına töhfə verəcək növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər gələcək əməkdaşlıq çərçivəsində klubun inkişaf perspektivləri, azarkeşlərlə işin gücləndirilməsi və s. planları nəzərdən keçiriblər. Görüşün yekununda qarşıdakı dövrdə birgə fəaliyyətin genişləndirilməsi, uzunmüddətli və dayanıqlı əməkdaşlığın qurulması istiqamətində razılıq əldə olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az