
"Mançester Yunayted"də əsas heyətdən kənar qalan Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, "Yuventus" 23 yaşlı vingeri icarəyə götürmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Ancaq Turin təmsilçisi ingilis futbolçunun maaşının yarısını ödəmək fikrindədir.
Mövsümün sonunda isə "Qoca sinyora" 70 milyon avroya Sançonu birdəfəlik transfer etməyi düşünür.
Qeyd edək ki, "Qırmızı şeytanlar" vingeri 2021-ci ilin yayında "Borussiya Dortmund"dan 85 milyon avroya transfer edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması