Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.