2–3 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 8 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 16 ölkədən 310 idmançı iştirak edəcək.
Avropa Kubokunun ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər – Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.