17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Sportliqa.az xəbər verir ki, komanda üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüş Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qələbə qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da Aqil Nəbiyevin baş məşqçisi olduğu yığma 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb.
U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1, p. - 4:2) seçmələri ilə qarşılaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az