Azərbaycan millisinin üzvü 90 dəqiqə oynadı
Futbol üzrə Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında “Pohanq”ı qəbul edib və 0:2 hesabı ilə uduzub.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, görüşün 81-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Daejeon" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.