Azərbaycan şahmatçıları türkdilli ölkələr arasında açıq çempionatda
Azərbaycan şahmatçıları Qazaxıstanın paytaxtı Astanada türkdilli ölkələr arasında açıq çempionatda iştirak edəcəklər.
Sportliqa.az xəbər verir ki, mayın 14-dən 17-dək keçiriləcək yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları mübarizə aparacaqlar.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcəklər. Komandanın kapitanı Qədir Hüseynov olacaq.
Qadınlardan ibarət komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət ediliblər. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.
Turnirdə, eyni zamanda, 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində Azərbaycanı kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova təmsil edəcəklər.
Reqlamentə əsasən, 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Yarışda ümumilikdə 7 tur oynanılacaq.