Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
Sportliqa.az xəbər verir ki, sözügedən komanda 13-cü turda səfərdə “Nyu York Red Bullz” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç rəqibin qələbəsi ilə başa çatıb – 3:2. “Kolumbus Kryu”nun qollarını Maks Arfsten (22) və Dieqo Rossi (64) vurub.
Nəriman isə 85-ci dəqiqədə - oyunda bütün qollar vurulandan sonra meydana daxil olub.
“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az