Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov Avropa Taekvondo Birliyi tərəfindən xüsusi mükafata layiq görülüb.
Sportliqa.az xəbər verir ki, qurumun 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən 8 Olimpiya və paralimpiya çempionu mükafatlandırılıb.
Azərbaycan təmsilçisi də həmin idmançılar arasında yer alıb. Tədbir Münhen şəhərində keçirilən Avropa çempionatı çərçivəsində baş tutub.
Xatırladaq ki, İmaməddin Xəlilov (70 kq) bu qitə birinciliyində gümüş medal qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az