U-15 DÇ: Azərbaycan millisinin rəqibi müəyyənləşib
Azərbaycan U-15 millisinin Bakıda keçirilən dünya çempionatında növbəti rəqibi məlum olub.
Sportliqa.az xəbər verr ki, ümumilikdə 65-98-cı yerlər uğrunda turun 1/16 final mərhələsinin cütləri məlum olub.
Azərbaycan yığması bu raundda Çili ilə qarşılaşacaq. Sabah keçiriləcək matç saat 11:30-da start götürəcək.
Cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə həmin cütün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması AF qrupunu 3-cü sırada bitirib.
C Liqasının digər cütləri:
11:30. Fransa - Trinidad və Tobaqo
11:30. Yaponiya - Mozambik
11:30. Benin - Kuba
11:30. Uqanda - Yəmən
11:30. Tunis - Namibiya
11:30. Nigeriya - Yeni Kaledoniya
11:30. İndoneziya - Moldova
11:30. Tailand - Əfqanıstan
11:30. Panama - Qazaxıstan
11:30. Honduras - Hindistan
12:45. Vyetnam - Ruanda
12:45. Macarıstan - Malavi
12:45. Lüksemburq - Liberiya
12:45. Şotlandiya - Nikaraqua