"Midtyulland"ın mövsümdə ilk kuboku
Danimarka Kubokunun qalibi məlum olub.
Sportliqa.az xəbər verir ki, finalında "Midtyulland" "Kopenhagen"lə qarşılaşıb. Görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək kuboku qazanıblar.
Matçın yeganə və qələbə qolunu 81-ci dəqiqədə Li Han-Bom vurub.
Bu, "Midyulland"in tarixində 3-cü kubokdur. Sözügedən komanda həmçinin turnirin finalında 4 dəfə məğlub olub.