İtaliyalı baş məşqçi Ukrayna yığmasında
Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu haqda yerli federasiya məlumat yayıb.
Yığma italiyalı məşqçi Andrea Malderaya həvalə olunub. 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, Ukrayna milli komandasına rəhbərlik edən ilk əcnəbi olacaq.
Malderanın son iş yeri "Marsel" olub və o, həmyerlisi Roberto De Zerbinin məşqçilər heyətində heyətində yer alıb.