Nəriman Axundzadənin komandasında istefa
Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-ın “Kolambus Kru” klubu baş məşqçisi Henrik Ridströmu istefaya göndərib.
Sportliqa.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanı müvəqqəti olaraq Loran Kurtuanın çalışdıracağı bildirilib.
Qeyd edək ki, “Kolambus Kru” Şərq Konfransında 13 xalla 15 komanda arasında 13-cü pillədə qərarlaşıb. Henrik Ridström ötən ilin yayından komandanı çalışdırırdı. Nəriman Axundzadə isə bu ilin fevral ayında "Qarabağ"dan “Kolambus Kru”ya keçib.