Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından bildirildiyinə görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az