DÇ-2026: Bu gün 1/16 final mərhələsi start götürür
Dünya çempionatının 1/16 final mərhələsinə start verilir.
Sportliqa.az xəbər verir ki, bu mərhələnin ilk matçı CAR və Kanada yığmaları arasında olacaq.
Oyun Los-Anceles stadionunda keçiriləcək.
Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026, 1/16 final
28 iyun
23:00. CAR – Kanada
Baş hakim: Juan Pineyru (Portuqaliya)
Los-Anceles stadionu