DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, komandamız Astanada Qazaxıstan yığmasının qonağı olub. Hesabı millimiz açıb. Əvvəlcə Amadeu rəqib torunu silkələyib. 5 dəqiqə sonra Qallo fərqi artırıb.
Ancaq meydan sahibləri fasiləyə qədər status-kvonu bərpa edib. Leo və Orozov qol vurub. İkinci hissə komandamız üçün yaxşı başlamadı. Bu dəfə Duqlas çərçivəni dəqiq nişan almaqla Qazaxıstanı oyunda ilk dəfə önə keçirdi.
Qrupda keçirilən digər oyunda Niderlan və Rumıniya milliləri qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qazaxıstan – Azərbaycan (2:2) 3:2
DÇ-2024-ün elit-raund mərhələsi
11 oktyabr. Astana, Jekpe Jek. Saat 18:00
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov
(Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç)
Qollar: Leo, 12:32, Birjan Orozov, 17:16, Duqlas, 21:33// Amadeu: 3:05, Qallo, 7:59
Sarı vərəqələr: Eduardo Borges, 37:22, Qallo, 39:59