Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın futbolçusu Kamilo Duranı transfer etmək üçün danışıqları davam etdirir.
Sportliqa.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Record” nəşri məlumat yayıb.
İnformasiyaya əsasən, Qlazqo təmsilçisi kolumbiyalı hücumçunun keçidi ilə bağlı “Qarabağ”la yeni danışıqlara başlayıb. Şotlandiya çempionunun 1,7 milyon funt sterlinqlik ilk təklifi rədd edilsə də, tərəflər hazırda yeni razılaşma üzərində işləyirlər.
“Qarabağ” 24 yaşlı futbolçu üçün təxminən 3 milyon funt sterlinq tələb edir.
Artıq futbolçunun agenti danışıqlar üçün Şotlandiyaya gedib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az