“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Amin Ramazanov bundan sonra “Sabah”da oynayacaq. 23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.
Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan Amin karyerası ərzində “Qarabağ” və “Zaqatala” klublarında çıxış edib.
Onun son klubu “Qarabağ” olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az