"Kəpəz" futbolçusu Luis Paçu ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən mövsüm "Kəpəz"də 29 oyun keçirən 30 yaşlı futbolçu 5 qol vurub. O, 2024-cü ilin iyulundan Gəncə klubunda oynayırdı.
Xatırladaq ki, "Kəpəz" yay fasiləsində Rauf Hüseynli, Məmməd Hüseynov və Fərid Nəbiyevlə də yolları ayırıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az