Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.
Sportliqa.az xəbər verir ki, bu barədə Şotlandiyanın “The Herald” nəşri məlumat yayıb.
Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı futbolçunun keçidi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı oyunçu olacaq.
Daha öncə Britaniya mediası transfer baş tutacağı halda “Seltik”in “Qarabağ”a 3,5 milyon funt ödəyəcəyini yazmışdı.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az