“Sumqayıt” Futbol Klubunun yeni baş məşqçisi məlum olub.
Sportliqa.az xəbər verir ki, "kimyaçılar" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az