"Şəfa" klubu yeni transfer gerçəkləşdirib.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb. 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.
Xatırladaq ki, "Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya” , Rumıniya) ilə müqavilə imzalayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az