Kamilo Duran "Qarabağ" azarkeşləri ilə vidalaşdı
"Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna transfer olunan Kamilo Duran sosial şəbəkə hesabında Ağdam təmsilçisi və onun azarkeşləri ilə vidalaşıb.
Sportliqa.az xəbər verir ki, kolumbiyalı hücumçu paylaşımında "Qarabağ"da keçirdiyi dövr ərzində ona göstərilən sevgi və hörmətə görə təşəkkür edib.
Duran klubda, komanda yoldaşları, məşqçilər heyəti və arxa planda çalışan əməkdaşlarla bağlı gözəl xatirələr qazandığını, hər zaman özünü evindəki kimi hiss etdiyini bildirib.
O, "Qarabağ" formasını geyinmək fürsətinə görə minnətdar olduğunu vurğulayaraq, komandaya gələcəkdə də uğurlar və yeni titullar arzulayıb.
"Qəlbimdə hər zaman xüsusi yeriniz olacaq. Hər şey üçün təşəkkür edirəm", – deyə futbolçu paylaşımını tamamlayıb.