Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar" 1-ci liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub.
"Şahdağ Qusar" isə 81-ci dəqiqədə təsəlli qolunu vurmağa nail olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az