"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi milli komandamızın üzvü Rahil Məmmədov ilə 1+1 illik müqavilə bağlayıb.
Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.
Qeyd edək ki, "Turan Tovuz" bunadək Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard və Filip Damyanoviçi heyətinə cəlb edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az