“Araz-Naxçıvan” “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.
Sportliqa.az xəbər verir ki, futbolçu icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək. 22 yaşlı forvardla anlaşma 1 illikdir.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az