“Araz-Naxçıvan” klubu heyətinə yeni oyunçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, Boyan Letiçlə 1 mövsümlük müqavilə imzalanıb.
33 yaşlı sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də də forma geyinib.
Bosniyalı futbolçu 2022-ci ilin fevral ayından bu ilin yanvarına qədər "Sabah"da çıxış edib. O, paytaxt klubunda ümumilikdə 125 oyun keçirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az