Münhen "Bayern"i futbolçusu Harri Keynin gələcəyi haqda qərar qəbul edib.
Sportliqa.az xəbər verir ki, Münhen klubu ingiltərəli hücumçu ilə müqavilənin 2029-cu ilin yayına qədər uzadılması üçün danışıqlara bu həftə başlayacaq.
Keyn 2023-cü ilin yayında 100 milyon avro qarşılığında "Tottenhem"dən "Bayern"ə keçib. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Ötən mövsüm hücumçu bütün turnirlərdə 51 oyuna çıxıb, 61 qol vurub və 7 məhsuldar ötürmə edib.