15 yaşadək qızlardan ibarət Azərbaycan millsi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.
Qeyd edək ki, U-15 növbəti oyununu avqustun 14-də Rusiya yığmasına qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az