“Milan”ın yarımmüdafiəçisi Samuele Riççi karyerasını “Komo”da davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, Çempionlar Liqasında ilk dəfə iştirak edəcək “Komo” 25 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürüb.
Jurnalist Canluka Di Martsionun məlumatına görə, “Milan” Riççinin icarəsindən 1,5 milyon avro qazanacaq. Müqavilədə “Komo”nun mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağı təqdirdə bonusların ödənilməsi də nəzərdə tutulub. Futbolçunun satınalma opsiyası isə 22 milyon avrodur.
Qeyd edək ki, Riççi “Milan”a ötən il “Torino”dan 23+1,5 milyon avro qarşılığında keçmişdi. O, A Seriyasında keçirdiyi 31 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib və 3 sarı vərəqə alıb.