Kipr Superkubokunun final oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi "Pafos" klubu həlledici qarşılaşmada "Omoniya" ilə üz-üzə gəlib. Matç "Pafos"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 74-cü dəqiqədə "Pafos"un futbolçusu Lele vurub.
Qeyd edək ki, Murad bu matçın iştirak ərizəsində yer almayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az