"Mançester Yunayted" UEFA Çempionlar Liqasının ümumi mərhələsinin açılış matçında ciddi itki ilə üzləşə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İngiltərə Premyer Liqasının son turunda "Everton"la keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada zədələnən Markus Reşfordun Bakı təmsilçisi "Sabah"a qarşı oynayıb-oynamayacağı sual altındadır.
ÇL-in I turu çərçivəsində baş tutacaq "Mançester Yunayted" – "Sabah" qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə isə saat 23:00-da "Old Trafford" stadionunda start götürəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az