Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az PFL-in saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turundakı qayda pozuntulaı ilə bağlı qərarlar qəbul edilib:
“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün klun 700 manat cərimələnib.
Eyni matçda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə bölgə təmsilçisi 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
Həmin görüşdə “Sumqayıt”dan 6 nəfər sarı vərəqə aldığına görə “gənclik şəhəri” təmsilçisi 700 manat cərimə edilib.