Murad oynadı, komandası xal itirdi
Futbol üzrə Kipr çempionatında 7-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Nea Salamina"nın qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Murad Məmmədov görüşün 70-ci dəqiqəsində meydana daxil olub.
Bu nəticədən sonra "Pafos" 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.