“Kəpəz”in oyunu bir dəqiqəlik sükutla başlayacaq
Sentyabrın 12-də Azərbycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Sportliqa.az xəbər verir ki, bununla bağlı “Kəpəz” rəhbərliyinin PFL-ə müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı, həmçinin, stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
Mehman Hacıyev futbolçu karyerasında “Kəpəz”in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb, 2010-2013-cü illərdə əvəzedici heyətin baş məşqçisi, 2013/14 mövsümündə isə əsas komandanın məşqçisi vəzifələrində çalışıb. O, sentyabrın 6-da, 52 yaşında vəfat edib.