"Araz-Naxçıvan"ın futbolçusu miliyə çağırılıb
"Araz Naxçıvan" klubunun hücumçusu Sudi Abdallah Burundu millisinə dəvət olunub.
Sportliqa.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Futbolçu ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, sentyabrın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi Afrika Millətlər Liqasının oyunları üçün açıqlanan siyahıya daxil edilib.
Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.