Məhəmməd Salahın adı hələ də Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
Sportliqa.az xəbər verir ki, bu səbəbdən "Liverpul" misirli vingerin əvəzləyəcisini axtarır. "Daily Mirror" nəşrinin məlumatına əsasən, mersisaydlılar "Bayern Münhen"dən Leroy Saneni gözaltı ediblər. Xəbərdə "Liverpul"un bu keçid üçün rekord məbləğ ödəməyə hazır olduğu vurğulanıb.
"Liverpul" son olaraq Darvin Nunyes transferi üçün "Benfika"ya 80 milyon funt-sterlinq rekord məbləğ ödəmişdi.
Salah bu mövsüm 10 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Sane isə 11 qarşılaşmada 7 qol vurmağı bacarıb.