Mərakeşli futbolçu “Zirə”də
– RƏSMİ
“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Sportliqa.az xəbər verir ki, qəsəbə klubu Mərakeşin “Raja Kasablanka” klubundan Mehdi Mişahşahı transfer edib.
Mərakeşli müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu “Raja Kasablanka”dan əvvəl ölkəsinin “Kenitra” klubunda çıxış edib.