
Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Sportliqa.az xəbər verir ki, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.
Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.
Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb olunublar. Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.
Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması