
“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf yenidən işsiz qala bilər.
Sportliqa.az xəbər verir ki, mütəxəssis yeni komandası “Əl-Tai”dən qovulmaq üzrədir. Buna səbəb Səudiyyə Ərəbistanı klubunun onun rəhbərliyi altında məğlubiyyətləri sıralamasıdır. Yay fasiləsində “Neftçi” rəhbərliyi tərəfindən istefaya göndərilən rumıniyalı mütəxəssis ölkəsinin “Universitatya Krayova” klubu ilə anlaşmışdı. Lakin “Əl-Tai”nin 1 milyon dollar müqabilində birillik müqavilə təklifi cəlbedici olduğundan, Rumıniya klubu ilə sözləşməsinə xitam vermişdi.
Ancaq Regekampfın ərəb klubunda da işləri yolunda getmir. Komanda onun rəhbərliyi altında keçirdiyi ardıcıl 4 görüşün hamısında məğlub olub. Bunu nəzərə alan rəhbərlik 48 yaşlı mütəxəssisi istefaya göndərməyi planlaşdırır.
Qeyd edək ki, Laurentsiu Regekampf 2022-23 mövsümündə “Neftçi”ni çalışdırıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması