Azərbaycan Kubokunun püşkünün vaxtı bilindi
23 Oktyabr 2023 13:59
Azərbaycan Kubokunun 2023/24-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Sportliqa.az xəbər verir ki, mərasim “Hyatt Regency” otelinin “Hyatt Hall” zalında baş tutacaq.
Noyabrın 2-də təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.