“Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər oluna imza atıb.
Sportliqa.az xəbər verir ki, yubiley topunun müəllifi Olavio Juninyo olub.
O, Misli Premyer Liqasının X turunun “Turan Tovuz”la matçında fərqlənib. Ağdam klubu 2:2 hesabı ilə başa çatan qarşılaşmada bu rəqəmi 601-ə də çatdırıb.
“Qarabağ” buna 443-cü səfər oyununda nail olub. Komandanın rəqib meydanlarındakı orta məhsuldarlığı 1,36-ya bərabərdir.
Ağdamlılar ölkə çempionatları tarixində səfərdə 600 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi” daha çox qola imza atıb.
Qeyd edək ki, “Qarabağ” ilk səfər qoluna 1992-ci il mayın 9-da imza atıb. “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov fərqlənib.