
Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Huner Group"un qonağı olub.
Sportliqa.az xəbər verir ki, qonağa şirkət və həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin gələcək prespektivdə əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb.
Maraqlı keçən görüşdən sonra iki futbol klubunun sahibi olan Acun Ilıcalıya "Turan Tovuz" PFK -nın forması hədiyyə edilib. Xüsusilə, Acun Ilıcalının sahib olduğu "Hall Siti" klubu ilə "Turan Tovuz" arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması