2023/2024 mövsümünün Azərbaycan kubokunun final qarşılaşması və "Qarabağ"ın bir neçə oyunu Xankəndidə keçirilə bilər.
Sportliqa.az-ın məlumatına görə, bu bölgəmizdə ilk oyun dekabrın 24-nə planlaşdırılır. Gənclər və İdman Nazirliyi, AFFA, PFL və "Qarabağ" rəsmiləri Xankəndi şəhər stadionuna baxış keçiriblər. Stadionun ciddi təmirə ehtiyacı var və ot örtüyünün hazırlanması üçün vaxt lazımdır. İşlər sürətlə aparılsa, dekabra qədər burada oyun keçirmək mümkündür. Tribunalar, media sektor, çəkiliş zonası, iş otaqları və paltardəyişmə otaqları səliqəli vəziyyətə salınmalıdır.
Aparılan müzakirələrə əsasən, dekabrın 24-ü Azərbaycan Premyer Liqasının "Qarabağ" - "Zirə" görüşü məhz Xankəndi şəhər stadionunda keçirilməsi planlaşdırılır. Bundan əlavə ölkə kubokunun final vaxtı mayın 28-nə keçirilə və xüsusi gündə bu matç Xankəndidə təşkil oluna bilər.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı daha öncə iyunun 2-nə salınmışdı.
Şahin